Almaniya Azərbaycanı riskli ölkələr siyahısından çıxardı

 Almaniya Azərbaycanı riskli ölkələr siyahısından çıxardı
  11 İyun 2021    Oxunub:817
Almaniya hökuməti Azərbaycanı COVID-19 riski altında olan bölgələr siyahısından çıxarıb.
Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan "Robert Koch" İnstitutu məlumat yayıb. Azərbaycanla bərabər siyahıdan ABŞ, Avstriya, Ukrayna və Moldova da çıxarılıb.

Həmçinin Kanada, Bosniya və Herseqovina, Livan, Çernoqoriya, Şimali Makedoniya, Serbiya, Kipr, Yunanıstanın bir sıra bölgələri, İsveçrə, Xorvatiya, Norveç, Portuqaliya da artıq bu siyahıda yer almır. Dəyişikliklər iyunun 13-dən etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, adıçəkilən ölkələrin risk bölgələri siyahısından xaric edilməsi, buradan Almaniyaya gələn insanların bir sıra tələblərdən azad olmasını da nəzərdə tutur. Xüsusilə, onların Almaniyaya girişlə bağlı xüsusi qeydiyyat aparmaları, gəlməzdən əvvəl COVID-19 testi vermələri və ölkəyə daxil olduqdan sonra bir sıra karantin qaydalarına əməl etmələrinə ehtiyac olmayacaq.

Tural Tağıyev
Azvision.az



Teqlər: Almaniya   Risk   Azərbaycan  





Xəbər lenti