Dünyada pandemiya ilə bağlı son vəziyyət

 Dünyada pandemiya ilə bağlı son vəziyyət
  12 İyun 2021    Oxunub:1610
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 176 milyon 49 min 319 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 800 min 767 nəfərdir. İndiyədək 159 milyon 629 min 774 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 306 446 nəfər virusa yoluxub, 614 738 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 29 359 155 nəfərdə virus aşkar edilib. Xəstələrdən 367 097 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 17 301 220 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 484 350 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 733 838 yoluxma, 110 344 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 319 359 nəfər virusa yoluxub ki, onlardan 48 593-ü dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti