Putin: “Tramp qeyri-adi insandır”

  Putin:  “Tramp qeyri-adi insandır”
  12 İyun 2021    Oxunub:1008
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın keçmiş dövlət başçısı Donald Trampı qeyri-adi şəxsiyyət və istedadlı insan adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə Putin Amerikanın “NBC” kanalına müsahibəsində deyib.

"İndinin özündə də ABŞ-ın keçmiş prezidenti Trampın qeyri-adi bir şəxsiyyət, bacarıqlı bir insan olduğunu hesab edirəm, əks təqdirdə ABŞ prezidenti olmazdı. Parlaq bir insandır. Onu bəyənə, yaxud bəyənməyə bilərsiniz. Tramp dövlət başçısı vəzifəsinə başlamazdan əvvəl böyük siyasətin bir parçası deyildi və Amerika siyasi elitasından gəlmədi. Bəziləri bunu sevir, bəziləri sevmir, amma bu, həqiqətdir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin   DonaldTramp  





Xəbər lenti