“O torpaqlar qarşı tərəfin nəzarətində qalmalıdır” - Paşinyan

 “O torpaqlar qarşı tərəfin nəzarətində qalmalıdır” -   Paşinyan
  12 İyun 2021    Oxunub:1429
Ermənistan mediası baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın sərhədlə bağlı açıqlamasını məyusluqla qarşılayıb.
Azvision.az xəbər verir ki, yerli KİV-lərdə yer alan məlumatlara görə, Paşinyan bəzi əraziləri seçkilərdən sonra Azərbaycana təhvil verməyə hazırlaşır. Nikolun dünən seçicilərlə görüşü zamanı səsləndirdiyi fikirləri buna nümunə kimi göstərirlər.

Belə ki, Paşinyan sərhəd məsələlərinə toxunarkən deyib: "Bizim məntiqimiz budur ki, Arçvaşen (Başkənd-red.) bir anklavla əvəz olunmalıdır. Onların nəzarətində olanlar qarşı tərəfin nəzarəti altında qalmalıdır".

Erməni mediası iddia edir ki, ölkə rəhbəri bu açıqlaması ilə bütün suallara aydınlıq gətirmiş oldu:

"Paşinyan anklavların verilməsi məsələsinin hər zaman danışıqlar masasında olduğunu iddia edir. Yəni məntiq budur ki, azərbaycanlıların hazırda iddia etdikləri bir sıra kəndlər geri veriləcək, bizə isə hansısa bir, ya iki kənd və ya kiçik bir ərazi qaytarılacaq. Hər halda o, bu fikri ilə hazırkı müzakirə mövzusularını açıq demiş oldu".

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Anklav  





Xəbər lenti