Peyvəndlənən turistlər Yunanıstana rahat gedə biləcəklər

Peyvəndlənən turistlər Yunanıstana rahat gedə biləcəklər
  12 İyun 2021    Oxunub:1268
Yunanıstanın vaksinasiya komitəsi Rusiyanın "Sputnik V" vaksini ilə peyvəndlənmiş turistlərin ölkəyə girişinə icazə verib.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd edək ki, bundan öncə Yunanıstan hökuməti "Sputnik V" vurulan Rusiya vətəndaşlarının ölkəyə daxil ola biləcəklərini açıqlamışdı.

Xatırladaq ki, turizm ölkəsi kimi tanınan Yunanistan sərhədlərini turistlər üçün mayın 14-dən açıb. Xarici turistlərin girişinə qoyulan məhdudiyyətlər ləğv edilib, bu səbəbdən onlar karantinə alınmayacaqlar. Bundan əlavə, koronavirus pandemiyası səbəbindən altı ay əvvəl tətbiq olunan məhdudiyyətlərin əksəriyyəti ləğv edilib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Peyvənd   Turist   Yunanıstan  





Xəbər lenti