Hindistanda son 70 gündə ən aşağı yoluxma olub
Gündəlik yoluxma son 70 gündə ən aşağı olub. Ardıcıl beş gündür ki, Hindistanda yoluxma 100 mindən aşağı düşüb. 5 aprel - 8 iyun tarixlərində gündəlik yeni infeksiyaların sayı 100 mini keçib, may ayında bu rəqəm 5 dəfə artaraq 400 min nəfəri ötüb. 7 mayda isə anti-rekord - 414 188 yoluxma hadisəsi qeydə alınıb.
İndiyədək COVID-19-dan 27 911 384 nəfər sağalıb. Ölkədə mart ayında başlayan ikinci dalğa zamanı 719 həkim və tibb işçisi ölüb.
Pərvanə Sultanova
Azvision.az