“Sərhəddə vəziyyətin nizamlanması yolları üçtərəfli formatda hazırlanır” - Kopırkin

  12 İyun 2021    Oxunub :656
 “Sərhəddə vəziyyətin nizamlanması yolları üçtərəfli formatda hazırlanır” -  Kopırkin
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin nizamlanması yolları üçtərəfli formatda hazırlanır.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın beynəlxalq müşahidəçilərin sərhəddə yerləşdirilməsi təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, iyunun 2-də Moskvada xarici işlər nazirlərinin müavinləri, xarici kəşfiyyat xidmətləri, müdafiə idarələri, sərhəd xidmətləri rəhbərləri səviyyəsində üçtərəfli görüş keçirilib.

"Bu görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin həlli yolları müzakirə edildi. Bütün tərəflər gərginliyin azaldılmasında maraqlı olduqlarını təsdiqlədilər. İclasdan sonra müvafiq işi davam etdirmək barədə razılığa gəldik".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: SergeyKopırkin   Sərhəd  






Xəbər lenti