Kabildə ardıcıl partlayışlar törədildi: Ölənlər var

Kabildə ardıcıl partlayışlar törədildi:  Ölənlər var
  12 İyun 2021    Oxunub:1102
Əfqanıstanın paytaxtı Kabildə törədilən iki partlayış nəticəsində ən azı beş nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə yerli “Tolo News” kanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Partlayışlar yarım saatdan az vaxt fərqi ilə iki müxtəlif bölgədə baş verib. Məlumata görə, partlayışların hədəfi vətəndaşları daşıyan iki mikroavtobus olub. Avtobuslardan biri xəstəxananın yaxınlığında partlayıb.

Daxili İşlər Nazirliyi qurbanların sayının arta biləcəyini istisna etmir. İndiyə qədər heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan   Partlayış  





Xəbər lenti