“Anna 44 gündə 6-7 min nəfəri ölümə göndərdi” - Paşinyanın arvadına ittiham

  12 İyun 2021    Oxunub :580
 “Anna 44 gündə 6-7 min nəfəri ölümə göndərdi” -  Paşinyanın arvadına ittiham
Tanınmış erməni fəal, hərbi məsələlər üzrə araşdırmaçı Aram Gevorqyan növbəti dəfə Nikol Paşinyanın ailəsini hədəf seçib.
Azvision.az xəbər verir ki, o, yerli mediaya verdiyi açıqlamada ermənilərin Anna Akobyana təşəkkür etməsini qınadığını bildirib.

"Bu gün Tavuşda Anna Akopyana bir buket çiçək hədiyyə edərək dedilər: "Müharibəni dayandırdığınız və uşaqlarımızı xilas etdiyiniz üçün yaşayın!". Əli minlərlə oğlanın qanına batmış Annaya müharibəni dayandırdığına və onların həyatlarını xilas etdiyinə görə təşəkkür edirlər...

Deyək ki, uşaqlarınızın həyatını xilas etdi. Bəs niyə başqa uşaqları qurban verdi? 44 gündə 6-7 min insanı "ətçəkən" maşına göndərdikdən sonra, yerdə qalanlarını “xilas” etdiyi üçün onlara hələ də təşəkkür edirsiniz? Heç olmasa sakit durun. Kilsədə bir şam yandırın, övladınızın sağ-salamat qayıtdığına görə tanrıya şükür edin və susun.

Nə Nikol, nə də Anna əsgərlərin heç birinin həyatını xilas etmədi. Əksinə, başqalarını öldürdülər və hələ də saylarını gizlədirlər. Sən necə xilaskarsan? Sən ölüm və acının simvolusan, dəccalsan", - deyə erməni fəal bildirib.



Qeyd edək ki, Aram Gevorqyan öz araşdırmaları ilə bu günə kimi müharibədə ölmüş, lakin gizli saxlanılan xeyli sayda itkini üzə çıxarıb və bununla dövlət qurumlarının yalanlarını ifşa edib.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   Anna-Akopyan   Paşinyan  






Xəbər lenti