“Gürcüstan tarixi vasitəçi roluna qayıdıb” - Zurabişvili

“Gürcüstan tarixi vasitəçi roluna qayıdıb” -    Zurabişvili
  12 İyun 2021    Oxunub:880
“Azərbaycan və Ermənistan arasında humanitar razılaşmanın əldə olunması münasibətilə Gürcüstanın baş naziri İrakli Qaribaşvilini təbrik edirəm”.
Azvision.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Tvitter hesabında yazıb.

Onun sözlərinə görə, Gürcüstan tarixi vasitəçi roluna qayıdıb: “ABŞ və Arvopa İttifaqı Qafqaza dönüb, etimadın möhkəmləndirilməsi dayanıqlı sülhə aparan yoldur”.

Xatırladaq ki, iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Azvision.az


Teqlər: Zurabişvili  





Xəbər lenti