ABŞ-da silahlı insident: Ölən və yaralılar var

  13 İyun 2021    Oxunub :489
ABŞ-da silahlı insident:  Ölən və yaralılar var
ABŞ-ın Ohaya ştatının Klivlend şəhərində naməlum şəxs insanlara atəş açıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı şəhər polis idarəsinə istinadla məlumat yayıb.

Məlumata görə, güllə yarası alan bir nəfər hadisə yerində keçib. Altı nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Cinayətin digər təfərrüatları hələlik məlum deyil.

Qeyd edək ki, ABŞ-da şənbə günü ictimai yerlərdə bir sıra silahlı insidentlə baş verib. Belə ki, İllinoys ştatının Çikaqo şəhərində bir nəfər ölüb, 9 nəfər yaralanıb. Texasın Austin şəhərində isə 14 nəfər ağır xəsarətlər alıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ABŞ   Atışma  






Xəbər lenti