ATƏT sədri Azərbaycanın humanitar addımını alqışlayıb

  13 İyun 2021    Oxunub :630
   ATƏT sədri Azərbaycanın humanitar addımını alqışlayıb
Saxlanılan 15 nəfərin Ermənistana qaytarılması və Azərbaycana minaların təmizlənməsi prosesini asanlaşdıracaq məlumatların təqdim edilməsini alqışlayıram.
Azvision.az xəbər verir ki, bunu ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde Tvitter hesabında yazıb.

“Bu etimad quruculuğu tədbirlər Minsk qrupunun həmsədrlərinin himayəsi altında danışıqlar üçün şərait yaratmağa kömək edə bilər. Gürcüstan, ABŞ və Avropa İttifaqı ilə işləməkdən məmnunam”, - ATƏT sədri bildirib.

Xatırladaq ki, iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Azvision.az

Teqlər: ATƏT  






Xəbər lenti