Putin Baydenlə nəyi müzakirə etmək istəyir?

  13 İyun 2021    Oxunub :501
 Putin Baydenlə nəyi müzakirə etmək istəyir?
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Cozef Baydenlə Suriya və Liviyadakı vəziyyəti, eləcə də digər qlobal problemləri müzakirə etmək istəyir.
Azvision.az xəbər verir ki, bu barədə Putin KİV-ə müsahibəsində deyib.

"Biz regional qarşıdurmalar, Suriya, Liviya, hər şeydən əvvəl ətraf mühitin qorunması, qlobal xarakterli məsələlər - ən azı bu üç mövqe haqqında müzakirələr apara bilərik", - deyən Putin amerikalı həmkarı ilə görüşdən sonra Rusiya və ABŞ arasında strateji nüvə sabitliyi məsələlərini müzakirə etmək üçün şərait yaranacağına ümid etdiyini söyləyib.

"Ümid edirəm ki, şəxsi görüşümüz heç olmasa bu cür problemləri müzakirə etməyimiz üçün şərait yaradacaq. Rusiya ABŞ-a qarşı olduqca təmkinli davranır, vəziyyəti gərginləşdirmək üçün bir addım da atmayıb".

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Putin   Bayden  






Xəbər lenti