“Zəfərin qazanıldığı torpaqlara gedəcəyik” - Ərdoğan Şuşa səfərindən danışdı

  13 İyun 2021    Oxunub :577
“Zəfərin qazanıldığı torpaqlara gedəcəyik” - Ərdoğan Şuşa səfərindən danışdı
"Türkiyə-Azərbaycan qardaşlığı bölgədə sülhün, rifahın və sabitliyin qarantıdır"

Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsselə səfərindən öncə keçirilən mətbuat konfransında deyib.
"Azərbaycan Qarabağda tarixi qələbəyə imza ataraq 30 illik işğala son verdi. Bu qələbə bölgədə davamlı sülh və sabitliyin qapısını açdı. Ötən ilin dekabr ayının 10-da Bakıda keçirilən Zəfər paradını izlədik, Azərbaycanın haqlı qürurunu paylaşdıq. Növbəti səfərimizdə isə Zəfərin qazanıldığı torpaqlara, Şuşaya gedəcəyik", - deyə Ərdoğan qeyd edib.

Oxşar xəbər:

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Azvision.az

Teqlər: Ərdoğan  






Xəbər lenti