72 dollara alınan rəsm 75 milyona satıldı

72 dollara alınan rəsm 75 milyona satıldı
  12 Mart 2014    Oxunub:1348
1958-ci ildə 72 dollara satılan rəsm əsəri hərrac zamanı adı açıqlanmayan kolleksiyaçıya 75 miyon dollara satılıb.
AzVision.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qiymətlər arasındakı xeyli fərqə səbəb sonradan həmin rəsm əsərinin Leonardo Da Vinçiyə məxsus olduğunun öyrənilməsidir.

Halbuki tablo ilk dəfə satılarkən onun başqa rəssama aid olduğu düşünülürdü. Belə ki, 2000-ci illərin əvvəllərində Nyu-Yorkdan ticarətçilər rəsm üzərində təmizlik işləri apararkən onun renessans dövrünün məşhur rəssamı Da Vinçiyə məxsus olduğunu sübut ediblər.

66 santimetr uzunluğundakı "Dünyanın xilaskarı" (Salvator Mundi) adlı rəsm əsəri yağlı boya ilə çəkilib.


Teqlər:  





Xəbər lenti