İranda COVID-19-dan ölüm sayı 82 mini keçdi

  13 İyun 2021    Oxunub :473
İranda COVID-19-dan ölüm sayı 82 mini keçdi
İranda son sutka ərzində 187 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, İranda indiyədək 82 098 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 8195 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 3 028 667-yə yüksəlib.

Azvision.az

Teqlər: İran   Koronavirus  






Xəbər lenti