Koçaryan Nikoldan sonra Sorosu da hədəf seçdi

  13 İyun 2021    Oxunub :648
 Koçaryan Nikoldan sonra Sorosu da hədəf seçdi
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan parlament seçkilərində qalib gəlsə, amerikalı iş adamı Corc Soros tərəfindən maliyyələşdirilən Açıq Cəmiyyət Fonduna qarşı mübarizə aparmaq niyyətindədir.
Azvision.az bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

“Biz sadəcə qanunvericilik sahəsini formalaşdıracağıq, bundan sonra ya ciddi məhdudiyyətlər olacaq, ya da belə bir təşkilatın fəaliyyətinə birbaşa qadağa qoyulacaq. İki model var, bunlardan biri açıq şəkildə qadağadır. Başqa bir modelə əsasən, özlərini xarici agent kimi tanıtmalıdırlar. Bu "afişa" ilə xarici agent kimi fəaliyyət göstərməyə hazırdırlarsa, o zaman nəzarət altında olacaqlar", - Koçaryan deyib.

Qeyd edək ki, 2018-ci ilin may ayında Ermənistanda hakimiyyət dəyişikliyindən sonra beynəlxalq təşkilatların bir çox əməkdaşı, o cümlədən Sorosla əlaqəli olanlar bu ölkədə icra və qanunverici orqanlarında yüksək vəzifələrə yiyələniblər. Ölkənin hazırki rəhbəri Nikol Paşinyanın Sorosa birbaşa bağlı olması, hətta onun dəstəyi ilə hakimiyyətə gətirilməsi barədə müxtəlif məlumatlar mövcuddur.

Azvision.az

Teqlər: Koçaryan  






Xəbər lenti