“Gürcüstan vasitəçi rolunu öz üzərinə götürüb” - Qaribaşvili

  13 İyun 2021    Oxunub :524
   “Gürcüstan vasitəçi rolunu öz üzərinə götürüb” -    Qaribaşvili
Cənubi Qafqazda təhlükəsizliyin yaxşılaşdırılması və etimad mühitinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Azvision.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.

Qaribaşvili Azərbaycanın bu addımını alqışladı
“Gürcüstanın strateji tərəfdaşı olan ABŞ və dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Rikerlə Azərbaycan tərəfindən saxlanılan 15 nəfər erməninin azadlığa buraxılması və Ermənistanın minalanmış ərazilər barədə məlumat təqdim etməsi üçün sıx koordinasiyada oynadığı roldan fəxr edirəm”, - baş nazir deyib.

Onun sözlərinə görə, Gürcüstanın regional proseslərdə və qonşuluq siyasətində rolu artır: “Gürcüstan Azərbaycan ilə Ermənistan arasında vasitəçi rolunu öz üzərinə götürdü. İki qonşu ölkə arasında əldə olunan razılaşma bölgə üçün mühüm əhəmiyyət kəsb edir”.

“Çox ümid edirəm ki, bu proses davam edəcək, bölgədə sülh və sabitliyin bərqərar olması ilə nəticələnəcək”, - Qaribaşvili qeyd edib.

Xatırladaq ki, iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Azvision.az

Teqlər: Qaribaşvili  






Xəbər lenti