Kasıb ölkələrə 2,3 milyard doza vaksin veriləcək

  13 İyun 2021    Oxunub :512
Kasıb ölkələrə 2,3 milyard doza vaksin veriləcək
“Böyük Yeddilər” (G7) inkişaf etməkdə olan ölkələrə 2022-ci ilin sonuna qədər 2,3 milyard doza vaksin ayıracaq.
Bu barədə qərar İngiltərənin Kornuoll qraflığında keçirilən G7 sammitində qəbul edilib.

Qərara əsasən, vaksinlərin əksəriyyəti COVAX platforması üzərindən paylanacaq. Almaniya Baş naziri Angela Merkel bildirib ki, pandemiyaya ancaq qlobal səylə qalib gəlmək olar:

“Pandemiyadan çıxış yolu vaksindir. Biz dünən bu məsələni geniş müzakirə etdik və 2022-ci ilin sonuna qədər inkişaf etmiş ölkələrə 2,3 milyard doza vaksin ayrılmasına qərar verdik”.

Merkel dünya ölkələrini Ümumdünya Səhiyyə Təşkilatına kömək etməyə və COVAX platformasını möhkəmləndirməyə çağırıb: “Almaniya COVAX çərçivəsində kasıb ölkələrə 350 milyon doza vaksinin ayrılmasını maliyyələşdirir”.

O, həmçinin vaksinin istehsal coğrafiyasını genişləndirməyə çağırıb və Afrikada vaksin istehsalına başlanılmasını təklif edib.

Azvision.az

Teqlər: Almaniya   Vaksin  






Xəbər lenti