“Ərdoğanla uzun söhbətim oldu” - Makron

  14 İyun 2021    Oxunub :450
“Ərdoğanla uzun söhbətim oldu” -  Makron
Fransa və Türkiyə prezidentləri Emmanuel Makronla Rəcəb Tayyib Ərdoğan arasında Brüsseldə NATO sammiti ərəfəsində görüş keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Makron Tvitter hesabında yazıb.

"NATO zirvəsi ərəfəsində prezident Ərdoğanla aydınlıq, hörmət və tələbkarlıqla irəliləmək üçün uzun müddət davam edən təkbətək söhbətimiz oldu", - Makron bildirib.

Daha əvvəl Fransa prezidenti türkiyəli həmkarı ilə NATO-dakı müttəfiqlərin davranış qaydalarını, həmçinin Suriya, Liviya və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün danışıqlar aparmaq niyyətində olduğunu bəyan etmişdi.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Fransa   Türkiyə  






Xəbər lenti