Zaqatalada bədbəxt hadisə ölümə səbəb oldu

Zaqatalada bədbəxt hadisə ölümə səbəb oldu
  14 İyun 2021    Oxunub:1531
İyunun 12-də rayonun Zaqatala rayonunun Göyəm kəndində Şəmsəddin İgidovun stasionar qaldırıcı kranın hərəkəti zamanı xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Azvision.az -a Zaqatala Rayon Prokurorluğundan məlumat verilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, Nail Bayramov idarə etdiyi 62-AC- 524 dövlət qeydiyyat nişanlı kranla həmkəndlisinin həyətində müəyyən işlər görən zaman kranın sürücü kabinəsini döndərərkən kabinənin arxa hissəsinin orada dayanan digər həmkəndlisi Şəmsəddin İgidova dəyməsi nəticəsində sonuncu xəsarət alıb, göstərilən tibbi yardıma baxmayaraq aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Azvision.az


Teqlər: Zaqatala  





Xəbər lenti