Lütfəli Abdullayevin 100 illiyi qeyd ediləcək
![Lütfəli Abdullayevin 100 illiyi qeyd ediləcək Lütfəli Abdullayevin 100 illiyi qeyd ediləcək](https://azvision.az/photos/1394551476.jpg)
Tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Dövlət Film Fondunun birgə təşkilati dəstəyi ilə reallaşacaq.
AzVision.az xəbər verir ki, Dövlət Film Fondundan AzərTAc-a bildiriblər ki, tədbirdə görkəmli sənətkara həsr edilən fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının onunla bağlı xatirələri dinləniləcək.
Tədbirin sonunda L.Abdullayevə həsr edilmiş “İkinci ömür” (rejissor Gülnarə Abdullayeva) sənədli filmi nümayiş olunacaq.