“Mənim ağzımı yummayın” – Putin xarici jurnalisti qınadı

      “Mənim ağzımı yummayın”    – Putin xarici jurnalisti qınadı
  14 İyun 2021    Oxunub:1895
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın NBC kanalına müsahibəsi zamanı jurnalist Kir Simmonsu cavablar xoşuna gəlməyəndə onun “ağzını yummaqda” ittiham edib.
Azvision.az xəbər verir ki, iyun 11-də baş tutan müsahibə bu gün Kremlin rəsmi saytında yerləşdirilib. Müsahibə vaxtı Kir Simmons Rusiyada bəzi jurnalist və müxalifət nümayəndələrinə “xarici agent” statusu verilməsinə toxunub. Putin cavabında bildirib ki, xarici agentlər haqqında qanun ABŞ-da hələ 1930-cu ildə qəbul olunmuşdu və Rusiyadakı indiki qanundan daha sərt idi.
İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya prezidentinə başsağlığı verib

- Amma cənab prezident, sizin bu cavaba Amerikada “Bir dönüb özünüzə baxın” bəhanəsi deyirlər, - deyə jurnalist etiraz edib.
- İmkan verin, sualı cavablandırım,- Putin təkid edib,- Siz sual vermisiniz, cavabım xoşunuza gəlməyəndə dərhal sözümü kəsirsiniz. Bu, düzgün deyil.



Simmons öz növbəsində bildirib ki, onun fikrincə, Rusiya prezidenti başqa ölkələrin daxili işlərinə qarışmalı və siyasətini şərh etməli deyil.

- Xeyr,- Putin etiraz edib,- Əgər siz səbrlə mənim vermək istədiyim cavabı axıra qədər dinləsəniz, nə dediyim aydın olar. Amma mənim cavabım xoşunuza gəlmədiyi üçün, tamaşaçılarınızın onu eşitməsini istəmirsiniz. Problem bundadır. Siz mənim ağzımı yumursunuz. Məgər fikrini ifadə etmək azadlığı beləmi olur?! Yoxsa, Amerikada “ifadə azadlığı” deyəndə bunu başa düşürlər?!

Samir Quliyev
Azvision.az


Teqlər: Putin  





Xəbər lenti