Bayden və Putin Qarabağdakı vəziyyətə xüsusi diqqət ayıracaq

 Bayden və Putin Qarabağdakı vəziyyətə xüsusi diqqət ayıracaq
  15 İyun 2021    Oxunub:1571
ABŞ və Rusiya prezidentləri Vladimir Putinlə Co Bayden Cenevrədə Yaxın Şərq, Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, görüşdə strateji sabitlik, COVID-19 və kibercinayətkarlığa qarşı mübarizə məsələləri də nəzərdən keçiriləcək.

"İkitərəfli münasibətlərdə konkret həllini tapmayan məsələlər ayrılıqda müzakirə olunacaq. Bundan əlavə, iqtisadi əməkdaşlıq, iqlim, Arktika və əlbəttə ki, koronavirusa qarşı mübarizə diqqətdə saxlanılacaq", - Uşakov deyib.

O, həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ, Ukrayna böhranı və Belarusdakı vəziyyətə xüsusi diqqət yetirmək planlaşdırılır.

Qeyd edək ki, Rusiya-ABŞ zirvəsi 16 iyun tarixində Cenevrədə keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin   CoBayden   Qarabağ  



Xəbər lenti