Rusiyada koronavirusa yoluxanların sayı artdı

Rusiyada koronavirusa yoluxanların sayı artdı
  15 İyun 2021    Oxunub:1807
Rusiyada son sutka ərzində koronavirusa 14 185 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 236 593 nəfərə çatıb.

Rusiyada son bir gündə 379 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 127 180 nəfərdir. İndiyədək 4 818 244 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   Rusiya  



Xəbər lenti