Ermənistanda Koçaryana etiraz: Seçki plakatları daşa basıldı - VİDEO
Belə ki, bu gün bir qrup şəxs Koçaryanın seçki plakatlarını daşa basıb. Plakatı sökməyə çalışan ermənilərin videosu sosial mediada geniş müzakirələrə səbəb olub.
Xatırladaq ki, daha öncə Yerablur panteonuna gələn Robert Koçaryan burada övladının qəbrini ziyarət edən əsgər anaları tərəfindən qovulmuşdu. Bundan başqa, insanlar ölkənin müxtəlif yerlərində Robert Koçaryanın kitabının reklamı gedən plakatları qırmızı boya ilə rəngləmişdilər. Həmçinin Nikol Paşinyanın tərəfdarlarından olan Rüstəm Avaqyan "Facebook"da canlı yayım zamanı Robert Koçaryanın fotosunu "yumurta atəşinə" tutaraq, onu təhqir etmişdi.
Tural Tağıyev
Azvision.az
Teqlər: Seçki Paşinyan Koçaryan







Vaxtında, Aydın, Lazımlı!


