Koçaryanın məhkəməsi təxirə salındı

Koçaryanın məhkəməsi təxirə salındı
  15 İyun 2021    Oxunub:1024
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və baş nazirin sabiq müavini Armen Qevorkyanın məhkəməsi təxirə salınıb.
Azvision.az bu barədə erməni KİV-lərinə istinadla xəbər verir.

Məlumata görə, iclasda yalnız Qevorkyan və vəkili Erik Aleksanyan iştirak edib. Koçaryan və vəkili Aram Vardevanyan seçki kampaniyası apardıqları üçün məhkəməyə qatılmayıb. Digər vəkil Ayk Alumyan səhhətində problem yarandığını, üçüncü vəkil Aram Orbelyan isə başqa bir iş üzrə məhkəmə iclasında olduğunu bildirib.

Prokuror bunu hörmətsizlik adlandırıb. Qevorkyan isə ölkədə əhəmiyyətli hadisə olan seçki prosesinin getdiyini vurğulayıb.

Növbəti iclasın 29 iyun tarixində keçirilməsi planlaşdırılır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: RobertKoçaryan   Məhkəmə  



Xəbər lenti