“15 iyun Ermənistanın milli utanc günüdür” - Şarmazanov
Ölkənin eks-prezidenti Serj Sarkisyanın “Respublika” partiyasının mətbuat katibi, keçmiş vitse-spiker Eduard Şarmazanov Türkiyə liderinin Azərbaycanın işğaldan azad etdiyi Şuşaya səfərini Ermənistanın məğlubiyyəti adlandırıb və buna görə Nikol Paşinyan hakimiyyətini tənqid atəşinə tutub.
"15 iyun 2021-ci il gələcək tarix dərsliklərində "milli utanc" günü kimi yazılacaq. Niyə? Çünki türklər rəsmi olaraq Şuşaya getdi. Paşinyan isə Sünikə (Zəngəzura-red.) getdi. Kapitulyatora "təşəkkür" düşür ki, Türkiyə Prezidenti tarixdə ilk dəfə Şuşanı ziyarət edir”, - deyə Şarmazanov rəzil durumda olduqlarını söyləyib.
Tural Tağıyev
Azvision.az
Teqlər: Şuşa







Vaxtında, Aydın, Lazımlı!


