Dünyada yoluxma sayı 177 milyonu keçdi

Dünyada yoluxma sayı 177 milyonu keçdi
  16 İyun 2021    Oxunub:886
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 177 milyon 414 min 471 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 838 min 506 nəfərdir. İndiyədək 161 milyon 859 min 168 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 352 185 nəfər virusa yoluxub, 615 717 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 29 633 105 nəfərdə virus aşkar edilib. Xəstələrdən 379 601 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 17 543 853 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 491 164 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 744 589 yoluxma, 110 530 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 342 028 nəfər virusa yoluxub ki, onlardan 48 879-u dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus   Statistika  



Xəbər lenti