“Nikoldan xilas olmaq üçün dua edirik” - Erməni arxiyepiskop
Belə ki, ölkənin tanınmış din xadimlərindən olan arxiyepiskop Arşak Xaçatryan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın əleyhinə açıqlamalar verib. Yerli media bunu onun əsas rəqibi sayılan Robert Koçaryanın nüfuzunun artırılmasına hesablanmış addım kimi qiymətləndirib:
“Biz həmişə Nikol Paşinyanın ruhi sağlamlığı üçün dua etməliyik. Onun partiyası 20 iyunda seçilməməlidir. Daim dualar etməliyik ki, o, hakimiyyətdən ayrılsın".
Qeyd edək ki, Ermənistan kilsənin və ümumilikdə din xadimlərinin siyasətə, dövlət işlərinə təsir etdiyi nadir ölkələrdən sayılır. Dini ölkə olmamasına baxmayaraq, İrəvanda siyasi ideologiyanı çox vaxt kilsə tənzimləyir. İkinci Qarabağ müharibəsində növbəti dəfə şahidi olduq ki, erməni din xadimləri vətəndaşları qanlı döyüşlərə təhrik edərək, terrorçu mövqedən çıxış edirlər.
Tural Tural
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


