İsveçrə Prezidenti Putinlə Qarabağı müzakirə edəcək

 İsveçrə Prezidenti Putinlə Qarabağı müzakirə edəcək
  16 İyun 2021    Oxunub:1278
İsveçrənin xarici işlər naziri İqnasio Kassis ölkə Prezidenti Qi Parmelanla birgə Rusiya lideri Vladimir Putinlə görüş zamanı Qarabağda və Ukraynadakı vəziyyəti müzakirə edəcəklərini söyləyib.
Azvision.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

"Biz Dağlıq Qarabağla əlaqədar məsələləri qaldıracağıq, əlbəttə ki, Ukraynadan da danışacağıq", - Kassis deyib. XİN rəhbəri əlavə edib ki, Qarabağ münaqişəsində sülh Rusiya sayəsində əldə olunub.

Qeyd edək ki, bu gün Cenevrədə İsveçrə və Rusiya prezidentlərinin görüşü keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsveçrə   Qarabağ  



Xəbər lenti