İranın keçmiş vitse-prezidenti seçkidən imtina etdi

 İranın keçmiş vitse-prezidenti seçkidən imtina etdi
  16 İyun 2021    Oxunub:1202
İranın keçmiş vitse-prezidenti Mohsen Mehrəlizadə 18 iyunda keçirilicək prezident seçkilərində iştirakdan imtina edib.
Azvision.az bu barədə “İRNA”ya istinadla xəbər verir.

Məlumata görə, siyasətçi qərarını İranın Daxili İşlər Nazirliyinə göndərdiyi məktubda elan edib. Bu addımın səbəbləri hələlik açıqlanmayıb.

Ümumilikdə seçkilərdə iştirak etmək üçün yeddi namizəd qeydə alınıb. Bunlar arasında İran Ali Məhkəməsinin sədri İbrahim Raisi, “Sepah”ın sabiq komandiri Möhsin Rzayi, Mərkəzi Bankın keçmiş başçısı Abdolnaser Hemmati, İran Ali Liderinin Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Səid Cəlili, parlament sədrinin müavini Əmir Hüseyin Kazizadə Haşimi, Məclisin Qum şəhərindən olan deputatı Əlireza Zakani və Hemmati Mehrəlizadə var. Hemmati ilə yanaşı, Mehrəlizadə də islahatçıların təmsilçisi sayılır.

İranda seçki kampaniyası iyunun 16-da başa çatır. Səsvermə başlamazdan əvvəl son gün - 17 iyun - namizədlərin təşviqat aparmasına qadağa qoyulduğu üçün süküt günü olacaq. Koronavirusa görə, kampaniya boyunca insanların kütləvi toplanması qadağan edilib.

İranda prezident seçkiləri 18 iyuna təyin edilib. Hazırkı prezident Həsən Ruhani ardıcıl, ikinci dövr vəzifəsində olduğu üçün seçki kampaniyasında iştirak edə bilməz.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Seçki  



Xəbər lenti