Müxalif iş adamı Paşinyanın tərəfinə keçdi
Məlumata görə, iş adamı bir gün əvvəl Zəngəzurda kampaniya zamanı Paşinyanı müşayiət edib. Karapetyanın hökumətyönlü düşərgədə necə peyda olduğunu qəzet aydınlaşdıra bilməyib. Eyni zamanda qeyd edib ki, daha əvvəl Karapetyan ilə hakim "Mənim addımım" blokunun deputatı Ayk Sarkisyan arasındakı münaqişə baş verib.
Məlumata əsasən, Zəngəzurda Paşinyanı "Cermuk Group"un sahibi Aşot Arsenyanın rəqibi sayılan iş adamı Suren Balayan da müşayiət edib. Balayan keçmişdə Paşinyan hökumətini tənqid edib, bazarları inhisara alma kimi "köhnə ənənəni" davam etdirdiyinə görə qınayıb.
Xatırladaq ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək. Seçkilərə 21 partiya və 4 blok qatılıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: NikolPaşinyan Ermənistan Seçki







Vaxtında, Aydın, Lazımlı!


