Ermənistanda koronavirusdan ölüm sayı 4490-a çatdı

Ermənistanda koronavirusdan ölüm sayı 4490-a çatdı
  16 İyun 2021    Oxunub:1098
Ermənistanda son sutka ərzində daha 99 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 223 904 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 1 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4490-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1094 nəfərdir.

Aktiv xəstələrin sayı 2787 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Ermənistan  



Xəbər lenti