“Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır” - Petrosyan

 “Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır” -  Petrosyan
  16 İyun 2021    Oxunub:1643
Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir və bu məsələdə müttəfiqlərimiz yoxdur.

Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan deyib.
O, Ermənistanın həlledici səsə sahib olmadığını və ikinci prezident Robert Koçaryanın Şuşa və Hadrutun geri qaytarılmasının mümkünlüyü ilə bağlı açıqlamasını təhlükəli hesab etdiyini söyləyib.

“Bu, problemlərə gətirib çıxara bilər. Robert Koçaryan yeni müharibə vəd edir. Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Azərbaycan ərazilərini bərpa etdi və heç kim onu qınamadı. Dünyanın qanunu belədir", - Ter-Petrosyan əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: LevonTer-Petrosyan   Qarabağ  



Xəbər lenti