Avropada COVID sertifikatının tətbiqinə başlanır

Avropada COVID sertifikatının tətbiqinə başlanır
  16 İyun 2021    Oxunub:797
Belçika Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarına daxildə karantin və PCR testi olmadan səyahət imkanı verən Avropa “yaşıl rəqəmsal buraxılış vəsiqələri”nin - COVID sertifikatının sınaq rejimində tətbiqinə başlayıb.
Azvision.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ulsula fon der Leyen bildirib.

Onun sözlərinə görə, COVID sertifikatları iyulun 1-dən qüvvəyə minir, lakin Avropa ölkələri öz vətəndaşlarının səfərlərini asanlaşdırmaq üçün bunu daha tez tətbiq edə bilərlər. Belə ki, Belçika bu gündən COVID sertifikatının sınaq rejimində tətbiqinə start verir.

AK rəhbəri artıq özü peyvənd sertifikatını mobil telefonuna yüklədiyini bildirib.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Belçika   COVİDsertifikatı  



Xəbər lenti