Putin Baydenlə görüşə yollandı
Məlumata görə, Putinin təyyarəsi təxminən bir saat əvvəl havaya qalxıb.
Prezidentlərin təkbətək və geniş formatda görüşü üçün təxminən beş saat vaxt nəzərdə tutulub. Rusiya dövləti başçısının yekun mətbuat konfransı Moskva vaxtı ilə saat 19:00-a təyin olunub.
Kremlin mətbuat xidmətindən bildirildiyi kimi, prezidentlər ikitərəfli münasibətlərin vəziyyəti və gələcək inkişaf perspektivlərini, strateji sabitlik, habelə beynəlxalq gündəmdəki aktual məsələləri, o cümlədən pandemiyaya qarşı mübarizə, Qarabağ, regional münaqişələri müzakirə edəcəklər.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: VladimirPutin CoBayden Görüş







Vaxtında, Aydın, Lazımlı!


