Nikola etiraz edən polis Koçaryanın tərəfinə keçdi - VİDEO
Bu gün Koçaryanın başçılıq etdiyi "Hayastan" blokunun Ararat bölgəsinin Avşar icmasında seçicilərlə görüşü baş tutub. Görüşdə diqqət çəkən məqam Ermənistan Polisi Daxili Qoşunlarının çavuşu Misak Petrosyan adlı erməninin canlı yayımda öz formasını çıxararaq, Robert Koçaryana qoşulduğunu bəyan etməsi olub. Petrosyan bütün polisləri ona qoşulmağa çağırıb.
“Bu gün özümdə güc tapa bildim. Ermənistan Polisinin rəisini, Polis rəisinin müavinini Nikol Paşinyanın əmrlərinə tabe olmamağa çağırıram. Bu hökumətdən qurtulmaq istəyirik",- deyə o bildirib.
Qeyd edək ki, polisin bu davranışı erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Polisin formasını soyunaraq Koçaryanın tərəfinə keçməsi seçkidən sonra real görünən vətəndaş qarşıdurmasının başlanğıcı kimi qiymətləndirilir.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


