“Ölkəmiz NATO ilə dialoqun daha da genişlənməsini istəyir” - Hikmət Hacıyev
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan NATO-nun regional sabitliyi, təhlükəsizliyi diqqətlə izləməsini və birbaşa müdaxilə etməməsini yüksək qiymətləndirir. Azərbaycan postmünaqişə dövründə regional əməkdaşlıqda maraqlıdır və Zəngəzur dəhlizi regionda əməkdaşlığın uğurlu nümunəsinə çevrilə bilər.
Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin olunmasında NATO-nun rolunu alqışladığını vurğulayan Hikmət Hacıyev bildirib ki, ölkəmiz təşkilatla mövcud sazişlərin tərəfdaşlıq prinsiplərinə sadiqdir.
Prezidentin köməkçisi deyib ki, Azərbaycan beynəlxalq münasibətlərin inkişafına böyük əhəmiyyət verir. “Azərbaycan Qoşulmama Hərəkatından beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək üçün istifadə edir. Biz xüsusilə COVID-19-dan sonra yaranmış reallıqlar nəzərə alınmaqla, beynəlxalq münasibətlərdə sabitliyin təmin olunması üçün dəyərlərə, əməkdaşlığa diqqət veririk”, - deyə Hikmət Hacıyev əlavə edib.
Azvision.az
Teqlər: HikmətHacıyev