BƏƏ-Azərbaycan əməkdaşlığının yeni perspektivləri

BƏƏ-Azərbaycan əməkdaşlığının yeni perspektivləri
  17 İyun 2021    Oxunub:980
"Dünya “Expo”ları insanları daha yaxşı gələcək üçün ümid və əməkdaşlıq ruhunda bir araya gətirir. "Expo 2020 Dubai" inanır ki, bizi birləşdirən şeyi xatırlamaq və bütün dünyadan birgə əməkdaşlıq və innovasiyanın görkəmli nümunələrindən ruhlanmaq üçün əvvəllər olduğundan daha çox indi bəşəriyyətin bir araya gəlməyə ehtiyacı var.
Bu barədə Azvision.az - a Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Abdulla əl-Şamsi bildirib.

Diplomat qeyd edib ki, bu il keçiriləcək əlamətdar tədbirdə Azərbaycanı salamlamağı səbirsizliklə gözləyirlər.

"Dubai EXPO nə vəd edir" sualına aydınlıq gətirən diplomat qeyd edib:

- "Expo 2020 Dubai", həyatda bir dəfə yaranan təcrübə olacaq - yaradıcılıq, yenilik, insanlıq və dünya mədəniyyətlərinin altı aylıq təntənəsi;

- "Expo 2020 Dubai", BƏƏ üçün əhəmiyyətli mərhələ olaraq 2021-ci ildə Əmirliklərin 50 illiyinə təsadüf edir. BƏƏ dünyaya möhtəşəm inkişaf yolu ilə mümkün olanı öz tarixi boyu göstərib. "Expo 2020 Dubai"da insanları bu səyahətə cəlb etmək, gələcək nəslin ruhlandırılmasında rol oynamaq və birlikdə bəşəriyyətin inkişafının növbəti 50 ilini dəstəkləyən yeniliklərə qığılcım vermək istəyirik.

Onun sözlərinə görə, "Expo 2020 Dubai"nin oktyabrın 1-də açılışı olacaq və 2022-ci il mart ayının 31-dək fəaliyyət göstərəcək.

Bildirilir ki, ölkələr, çoxtərəfli təşkilatlar, təhsil müəssisələri və şirkətlər daxil olmaqla 200-dən çox iştirakçı və milyonlarla ziyarətçinin "Expo 2020 Dubai"ı qeyd etmək üçün bir araya gələcəyi gözlənilir.



"Expo 2020 Dubai", bütün iştirakçı ölkələrə mədəniyyətlərini, yeniliklərini və inkişafının ən yaxşısını təqdim etmək üçün bir platforma təmin edəcək. Dünya Expo tarixində ilk dəfə olaraq hər ölkənin öz pavilyonu olacaq. "Expo 2020", eyni zamanda ənənəvi coğrafi qruplardan uzaqlaşacaq və Fürsət, Mobillik və Davamlılıq olmaqla üç alt mövzuda oxşar çətinliklərlə üzləşən ölkələri birləşdirəcək. Təbii ki, "Expo 2020 Dubai"da “Gələcək üçün toxumlar” mövzusunda Azərbaycan Pavilyonu da açılacaq. Dizaynı təbiətdən ruhlanan pavilyonun memarlığı iki təbii elementdən ruh alıb: ağac və yarpaq. Pavilyon, Expo ziyarətçilərinin davamlı inkişafla bağlı ətraf mühit və sosial ekosistemlərlə əlaqəli əsas məsələlər üzərində dayana biləcəyi bir məkan təklif etmək üçün dizayn edilib.

"Bu baxımdan, iki dost ölkə olan BƏƏ və Azərbaycan "Dubay EXPO" çərçivəsində Azərbaycan Pavilyonunun mövzusunda ikitərəfli münasibətləri dərinləşdirmək üçün yeni fürsətlər yarada bilər. Bunlar Təmiz enerji texnologiyası. Enerji, su, mikroelektronika, qabaqcıl materiallar və nəqliyyat sistemləri ilə bağlı fundamental araşdırmalara qarşılıqlı investisiya qoyuluşu. Texnoloji əsaslı yerli qida istehsalıdır".



Qeyd edək ki, BƏƏ BAXIŞ 2021-in əsaslarından biri havanın keyfiyyətinin yaxşılaşdırılmasına, su ehtiyatlarının qorunmasına, təmiz enerjidən istifadənin artırılmasına, gender bərabərliyinin təkmilləşdirilməsinə və gənclərin hüquqlarının genişləndirilməsinə yönəlmişdir. BƏƏ-nin davamlılıq öhdəliyi iqtisadi şaxələndirmə, su və biomüxtəlifliyin qorunması, qida təhlükəsizliyi strategiyaları və bərpa olunan enerji həlləri yolu ilə iqlim dəyişikliyinin təsirlərini azaltmaq məqsədi daşıyır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Expo2020Dubai   Abdullaəl-Şamsi  





Xəbər lenti