Koçaryan rəqiblərini oraqla hədələdi

 Koçaryan rəqiblərini oraqla hədələdi
  17 İyun 2021    Oxunub:4087
Ermənistanda seçki öncəsi siyasi gərginlik davam edir.
Azvision.az xəbər verir ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar namizədlərin təşkil etdikləri seçki kampaniyaları zamanı tez-tez diqqət çəkən hadisələr baş verir. Belə ki, bu gün eks-prezident "Hayastan" blokunun rəhbəri Robert Koçaryan Vardenisdəki tərəfdarları ilə görüşdə sakinlərdən oraq alıb. Erməni mediası bunu siyasi mesaj kimi qiymətləndirib:

"Ermənistanın ikinci prezidenti baş nazir vəzifəsinə namizəd olan Robert Koçaryana oraq hədiyyə edildi. Vardenis sakini xatırladıb ki, baş nazir çəkiclə gəzir. Çəkiclə oraq isə, fəhlə və kəndlinin rəmzi sayılan alətlərdir. O, Koçaryana "bu oraqdan istifadə edərək siyasətdəki bütün alaq otlarını təmizlə" deyib. Keçmiş prezident hədiyyəni qəbul edərək zarafatla söyləyib- "Əvvəlcə qorxdum. Bunu birbaşa istifadə edəcəyimə söz verirəm".

Tural Tağıyev

Azvision.az



Teqlər: Koçaryan   Seçki  





Xəbər lenti