Lavrov ATƏT-in Baş katibi ilə Qarabağı müzakirə edəcək

Lavrov ATƏT-in Baş katibi ilə Qarabağı müzakirə edəcək
  17 İyun 2021    Oxunub:948
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 21-də ATƏT-in Baş katibi Helqa Şmidlə görüşəcək.
Azvision.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, görüş Moskvada baş tutacaq.

“Tərəflər regional münaqişələrin həllində ATƏT-in rolunu müzakirə edəcəklər. Qarabağ məsələsi, Ukrayna, Dnestreyanı mövzular ətrafında fikir mübadiləsi aparılacaq”, - M.Zaxarova qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyLavrov   HelqaŞmid  





Xəbər lenti