Türkiyədə koronavirusdan daha 62 nəfər ölüb
Bildirilib ki, son 24 saatda 5904 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 354 min 153, pandemiya qurbanlarının sayı isə 49 min 12 nəfərə çatıb.
Türkiyədə indiyədək 5 milyon 219 min 797 pasiyent (son sutkada 4143 nəfər) sağalaraq evə buraxılıb.
Azvision.az
Teqlər: Türkiyə Koronavirus