Dünyada yoluxma sayı 178 milyonu ötdü

 Dünyada yoluxma sayı 178 milyonu ötdü
  18 İyun 2021    Oxunub:1127
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 178 milyon 201 min 262 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 857 min 872 nəfərdir. İndiyədək 162 milyon 708 min 747 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 377 592 nəfər virusa yoluxub, 616 440 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 29 762 793 nəfərdə virus aşkar edilib. Xəstələrdən 383 521 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 17 704 041 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 496 172 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 749 691 yoluxma, 110 634 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 364 153 nəfər virusa yoluxub ki, onlardan 49 012-si dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti