Bu gün İran xalqı 13-cü prezidentini seçir

   Bu gün İran xalqı 13-cü prezidentini seçir
  18 İyun 2021    Oxunub:1115
Bu gün İran İslam Respublikasında 13-cü prezident seçkiləri keçiriləcək.
Azvision.az xəbər verir ki, qanuna əsasən, ötən gün (17 iyun) ölkə üzrə sükut günü idi. COVID-19 pandemiyası səbəbindən səsvermə sosial məsafə və gigiyenik tədbirlər gözlənilməklə keçiriləcək. Səsvermə saat 07:00-da başlayıb və 00:00-da başa çatacaq. Əgər ehtiyac olarsa, Daxili İşlər Nazirliyinin nəzdində yaradılmış Seçki Qərargahı səsvermə prosesini gecə saat 02:00-dək uzada bilər.

Rəsmi məlumata görə, İranda 59 milyondan çox seçici var. Bu il 1 milyon 400 min nəfər səsvermədə ilk dəfə iştirak edəcək. Bir sıra xarici ölkələrdə də seçki məntəqələri yaradılıb. İrandan kənarda yaşayan 3,5 milyon seçici ölkə xaricində səs verəcək.

Prezidentlik postu uğrunda 4 namizəd mübarizə aparır - Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisi, Məsləhət Şurasının katibi Möhsün Rzai, deputat Əmirhüseyn Qazizadə-Haşimi və Mərkəzi Bankın sabiq direktoru Əbdünnasir Himməti.

Səsverməni ilkin nəticələrinin iyunun 19-da açıqlanacağı gözlənilir. Namizədlər bərabər səs toplasalar, seçkilərin ikinci turu keçiriləcək.

Azvision.az



Teqlər: İran   Seçki  





Xəbər lenti