İranda əsas namizəd səs verdi

 İranda əsas namizəd səs verdi
  18 İyun 2021    Oxunub:1336
İranda Ali Məhkəmənin sədri, prezidentliyə əsas namizəd sayılan İbrahim Raisi bu gün səs verib.
Azvision.az -ın məlumtanına görə, prezidentliyə namizəd səsini Tehranın cənubundakı Rey bölgəsində yerləşən Ərşad məscidindəki seçki məntəqəsində verib.

"Ümid edirəm ki, seçkilər nəticəsində xalqın problemlərinin öhdəsindən gələ biləcək bir hökumət qurulacaq. Gəlin, seçkilərdə iştirak edin”, - namizəd bildirib.
Hikmət Hacıyev İran səfiri ilə görüş keçirib

İrandakı seçki məntəqələri yerli vaxtla 07: 00-da açılıb. "Tələbə" İctimai Rəy Sorğusu Mərkəzinin məlumatlarına görə, seçki məntəqələrinə gəlməyə qərar verən insanların 63% -i Raisiyə səs verməyə hazırdır. Onun rəqibi sayılan İran İslam İnqilabı Keşikçiləri Korpusuna başçılıq etmiş Möhsen Rezaini isə seçicilərin 9% -i dəstəkləyib.

Prezident vəzifəsinə digər namizədlər Məclis (parlament) sədrinin müavini Əmir Hüseyin Kazizadə Haşimi və Mərkəzi Bankın keçmiş rəhbəri Abdulnaser Hemmətidir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Seçki  





Xəbər lenti