Dağıstan parlamenti respublikanın rəhbərin seçəcək

Dağıstan parlamenti respublikanın rəhbərin seçəcək
  18 İyun 2021    Oxunub:901
Dağıstan parlamenti 14 oktyabr tarixində respublika başçısının seçilməsi üçün səsvermə keçirəcək.
Azvision.az bu barədə “TASS”a istinadla xəbər verir.

Məlumata görə, Dağıstan Xalq Məclisinin fövqəladə iclasında bu qərara 72 millət vəkili səs verib.

Respublikanın əvvəlki rəhbəri Vladimir Vasilyev vəzifəsindən istefa verib. Qanuna əsasən, Dağıstan rəhbəri vəzifəsinə seçkilər Xalq Məclisinin tərkibinin seçilməsindən 45 gündən gec olmayaraq keçirilməlidir.

Məclisə seçki 21 sentyabda nəzərdə tutulub. Bölgənin yeni başçısı Rusiya Prezidentinin təklif etdiyi namizədlər arasından gizli səsvermə yolu ilə deputatlar tərəfindən seçilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Dağıstan  





Xəbər lenti