"GALLUP”: Koçaryan Paşinyanı üstələdi

 "GALLUP”:  Koçaryan Paşinyanı üstələdi
  18 İyun 2021    Oxunub:1717
“GALLUP” beynəlxalq sorğu mərkəzi Ermənistanda iyunun 20-də keçiriləcək erkən parlament seçkiləri ilə bağlı sonuncu sorğunun nəticələrini açıqlayıb.
Azvision.az bu barədə erməni KİV-lərə istinadla xəbər verir.

Məlumata görə, sorğunun nəticələrini mərkəzin Ermənistandakı nümayəndəsi Aram Navasardiyan təqdim edib.

"2021-ci il iyunun 20-də keçiriləcək erkən parlament seçkilərində hansı partiyaya və ya bloka səs verəcəksiniz?", - sualına respondentlərin cavabları belə olub:

Sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku – 28,7 %

Baş nazir vəsifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş razılaşması" partiyası 25,2%

Sabiq prezident Serj Sarkisyanın "Respublika" partiyası və Milli Təhülkəsizlik Xidmətinin keçmiş direktoru, "Vətən" partiyasının sədri Artur Vanetsiyanın "Şərəfim var" bloku 10,8%

Qaqik Tsarukyanın lideri olduğu "Çiçəklənən Ermənistan" partiyası 5,4%

Edmon Marukyanın rəhbərlik etdiyi "Parlaq Ermənistan" partiyası 5,2%

Şirinyan / Babacanyan bloku 2,8%

Respublika partiyası 2,6%

Birinci prezidrnt Levon Ter-Petrosyanın "Erməni Milli Konqresi" partiyası1,5%


Pərvanə Sultanova
Azvision.az



Teqlər: GALLUP   Sorğu   Ermənistan  





Xəbər lenti