"Qarabağdakı vəziyyətlə bağlı tərəflərlə təmasdayıq" - Peskov

"Qarabağdakı vəziyyətlə bağlı tərəflərlə təmasdayıq" -  Peskov
  18 İyun 2021    Oxunub:985
Moskva Dağlıq Qarabağdakı vəziyyəti sabitləşdirmək üçün Ankara, Bakı və İrəvanla sıx təmasdadır.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ankara, Bakı və İrəvanla sıx təmasdayıq və hesab edirik ki, hər hansı bir addım Qafqazda vəziyyəti daha da sabitləşdirməyə, infrastrukturu, nəqliyyat logistikasını inkişaf etdirməyə, ümumiyyətlə vəziyyəti düzəltməyə kömək edə bilər. Ümumiyyətlə gərginliyin artmasına səbəb ola biləcək hər hansı bir element olmamalıdır”, - Peskov vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ   DmitriPeskov  





Xəbər lenti