İspaniyada maska rejimi ləğv edilir

İspaniyada maska rejimi ləğv edilir
  18 İyun 2021    Oxunub:894
İspaniya hökuməti 26 iyun tarixindən etibarən pandemiya səbəbindən küçədə məcburi maska rejimini ləğv edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Barselonada çıxışı zamanı baş nazir Pedro Sançes elan edib.

“Gələn cümə axşamı Nazirlər Şurasının növbədənkənar iclasını keçirəcəyik, bu iclasda 26 iyun tarixindən etibarən açıq havada maska taxılmasının ləğvini təklif edəcəyik", - Baş nazir vurğulayıb.

İspaniyada koronavirusun yayılmasının başlanğıcından bəri 3,75 milyondan çox yoluxma hadisəsi aşkar edilib, 80,6 mindən çox xəstə ölüb. 27 dekabr 2020-ci ildən ölkədə peyvənd kampaniyası başladılıb.

Hazırda ölkədə bütün ictimai yerlərdə maska taxmaq məcburidir. Bu qaydaya əməl etməyənləri 100 avro cərimə gözləyir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İspaniya  





Xəbər lenti